Dövlətimiz 2020-ci ildə 44 günlük müharibədə Ali Baş Komandan Cənab İlham Əliyevin güclü siyasəti, ordumuzun sarsılmaz gücü ilə 30 illik həsrətimizi sonlandıraraq, bizləri öz doğma torpaqlarımıza qovuşdurdu. Ölkə olaraq tarix boyu unudulmayacaq ən böyük qələbəni yaşadıq. Amma mənfur düşmənimiz ermənilər bu qələbəni hələ də həzm edə bilmir. Döyüşlərdən iki il keçməsinə baxmayaraq, ölkəmiz erməni bəlasından hələ də qurtulmayıb. Çünki onlar Azərbaycanın haqlı mübarizəsini qəbul edə bilmirlər. Müharibə başa çatsa da, Azərbaycan erməni t Ermənistan əxribatları nəticəsində yenə də şəhidlər verir. Bu da birbaşa Ermənistan dövlətinin məsuliyyətsizliyi və sülh istəyinin olmaması ilə bağlıdır. Sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycan ilə dövlət sərhədi boyunca başlanmış hərbi təxribat törədərək Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutmuşdur. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavablar vermişdir. Ölkəmizin bölgə ilə bağlı məqsədi bəllidir. Ermənistan isə bunun əksinə olaraq, regionda sülhün, təhlükəsizliyin tərəfdarı deyil və tez-tez öz çirkin təxribatlarını törədir. Lakin bunların heç bir önəmi yoxdur və faydasızdır. Biz Ali Baş Komandanımıza və Ordumuza güvənirik. Cəhbədə erməni təxribatları davam edir. Onlar öz çirkin xislətlərindən, əməllərindən əl çəkmirlər. Biz öz düşmənimizi tanıyırıq, əməllərinə çoxdan bələdik. Bilirik, müharibədə qələbə bir anda qazanılmır, o torpaqlar igidlərimizin canı, qanı bahasına alınır. İtkilər olacaq, amma önəmli olan Azərbaycan bayrağının daim zirvələrdə dalğalanmasıdır ! Erməni təxribatları nəticəsində vətənimizin ərazi bütövlüyünü qorumaq uğrunda şəhidlik zirvəsinə ucalan Ölümsüz Qəhrəmanlarımızı hörmət və ehtiramla anırıq! Şəhidlərimiz qəlbimizdə əbədi yaşayır, yaşayacaq!Reyhanə İsgəndərova,Xocalı tayon Yaloba kənd tam orta məktəbinin müəllimi